"YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və "Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə reallaşan 5-ci "YAŞAT” düşərgəsinin ilk həftəsi yekunlaşıb.
İlk həftə düşərgədə 10-11 yaşlı 56 şəhid övladı üçün həm əyləncəli, həm də maarifləndirici fəaliyyətlər təşkil olunub.
Onlar hər gün səhər idmanı ilə günə başlayıb, müxtəlif təlimlərdə, ustad dərslərində və əyləncə proqramlarında iştirak ediblər.
"Asterias” Təlim və İnkişaf Mərkəzi tərəfindən robotexnika üzrə, "ABAD” tərəfindən isə müxtəlif ustad dərsləri təşkil edilib. Hoteldaxili əyləncə, hovuz saatlarında, stolüstü idman oyunlarında da uşaqlar əyləncəli və xoş vaxt keçiriblər.
"Dayaq Xeyriyyə” Cəmiyyəti tərəfindən ağız sağlamlığının qorunması mövzusunda maarifləndirici təlim, "Gənc Psixoloqlar” İctimai Birliyinin psixoloqları tərəfindən isə qrup terapiyaları, fərdi görüşlər keçirilib.
Azərbaycan Dövlət Kukla Teatrının komandası tərəfindən "Qaraca qız” tamaşası səhnələşdirilib, "Oyun usta"sı tərəfindən komanda oyunları təşkil edib.
"Forest Education Azerbaijan” ilə qızıl axtarışı oyunu keçirilib, günün davamında idman oyunları və açıq hava şəraitində kino saatı təşkil olunub.
ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında gənc estrada ulduzları Rəssam və Araz müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçiriblər.
Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.
Tərəfdaşlar: "TABİA Group" və "Lankaran Springs Wellness Resort” Hotel;
Sponsorlar: NEQSOL Holding, Bakcell, "Norm" ASC;
Dəstəkçilər: "Happy day cake”, "Cırtdan Entertainment” MMC, "Asterias" Təlim və İnkişaf Mərkəzi, "Circus Sea Breeze”, "Badamlı" Mineral Suları, "Elm Galaxy” MMC;
Media dəstəyi: AzTV, İTV, ASAN Radio/TV.













