RU
Böyük Britaniya rəsmisi: “Rusiya ordusu tükənib”
11:00
39

Böyük Britaniya rəsmisi: “Rusiya ordusu tükənib”

"Rusiya Prezidenti Vladimir Putin səhv qərarlar verir, Rusiya Federasiyasının ordusu tükənib”.

7News.Az UNIAN-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Hökumətinin Kommunikasiya Mərkəzinin rəhbəri Ceremi Fleminq deyib.

Onun sözlərinə görə, Ukraynanın döyüş meydanında və kiberməkanda cəsarətli hərəkətləri şəraiti dəyişir. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin qeyri-məhdud səlahiyyətə malik olduğu üçün qəbul etdiyi qərarlar da səhv olub.

C.Fleminqin qənaətincə, oktyabrın 10-da Ukraynaya raket hücumu etməsinə baxmayaraq, Moskvanın döyüş sursatı tükənmək üzrədir.

Onun sözlərinə görə, sentyabrın 21-də elan edilmiş qismən səfərbərliklə Rusiya rəhbərliyi çarəsizliyini nümayişi etdirdi: "Bu, onun tənqidinə, Rusiyanın daha da çox təcridinə səbəb olacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ