Consonun istefasından sonra Mühafizəkarlar Partiyasının yeni liderinin seçildiyi proses bu gün başa çatacaq. Partiya lideri Britaniyanın yeni baş naziri olacaq.
7NEWS.az xəbər verir ki, Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni lideri bu gün bəlli olacaq. Partiya İcmalar Palatasında çoxluğa malik olduğundan partiyanın lideri həm də ölkənin yeni baş naziri olacaq. Boris Consonun iyulda istefa verəcəyini elan etməsindən sonra başlayan Mühafizəkarlar Partiyasının liderlik yarışının final mərhələsində iki namizəd var. Keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Truss.
7NEWS.az








