lombard

Üç seçki dairəsindən daxil olan şikayətlər barəsində qərar açıqlandı

Üç seçki dairəsindən daxil olan şikayətlər barəsində qərar açıqlandı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan müraciətlərə baxılır. 

7News.Az-ın xəbərinə görə, MSK katibi Arifə Muxtarova bildirib ki, 99 saylı Şəmkir Kənd Seçki Dairəsindən müraciət daxil olub. 

Müraciətin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsi barədə qərar çıxarılıb. 

27 saylı Sabunçu İkinci Seçki Dairəsindən daxil olan müraciətin də müvafiq DSK-ya göndərilməsi barədə qərar qəbul olunub.

MSK 121 saylı Laçın Seçki Dairəsi üzrə daxil olan şikayətlərin də müvafiq DSK-ya göndərilməsi barədə qərar qəbul edib.

7News.Az

Xəbər lenti