Beyləqanda 3 yaşlı qız hovuzda boğulub. Hadisə rayonun İkinci Şahsevən kəndində qeydə alınıb. 2019-cu il təvəllüdlü Azadlı Nərgiz Alı qızı yaşadığı evin həyətində yerləşən hovuza düşüb və boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır./apa