Cahandar BAYOĞLU: “Türk Konseyi Adriatikdən Sakit Okeanadək bir coğrafiyanın simgəsi olacaq”

30 Sentyabr 2019, 12:43
30 Sentyabr
2019
12:43
975
Türk Dövlətləri Konseyi” dünyanın diqqət mərkəzində
Son zamanlar Azərbaycanın strateji önəmi qabardılmaqda və gündəmə gətirilməkdədir. İstər Güney Azərbaycan, istərsə də Quzey Azərbaycanın adı dünyanın bütün strateji mərkəzlərində daha çox hallanır. Orta Doğu, Balkanlar, Qafqazlar və Mərkəzi Asiyanın bu dördlü bölgəsəl inteqrasiyanın hədəfləri ilə bağlı çoxsaylı konseptlər irəli sürülür. Hətta bundan sonra dünya düzənində barış və istiqrarın, sosial-iqtisadi gəlişmələrin, güvənlik və dəyərlərin önəmliliyi ilə ilgili çoxsaylı uluslararası toplantılar keçirilməkdədir. Bu barədə ilginc açıqlamaları ilə diqqəti cəlb edən "BAY Düçüncə Ocağı” Başqanı Cahandar Bayoğlunun fikirlərini öyrənməyə çalışdıq.
– Cahandar bəy, bundan öncəki müsahibənizdə Orta Doğu, Qafqazlar və Anadoluda "Demokratik Dövlətlər Birliyi” ilə bağlı səsləndirdiyiniz fikirlər Azərbaycanın Güneyində, Türkiyədə və Azərbaycan Respublikasında ciddi oxucu kütləsi qazanıb və müzakirələrə səbəb olub. Siz Azərbaycanın "Azərbaycan Türkiyə Konfederasiyası” (ATA) və digər qonşu dövlətlərlə iqtisadi, siyasi, kültürəl əlaqələri necə qiymətləndirirsiniz?
– "Azərbaycan-Türkiyə Konfederasiyası” (ATA) 160 milyonluq türk etnosunun dominantlığı ilə min illərdir bölgədəki problemlərin çözülməsi və region dövlətlərinin dünya sivilizaiyası üçün ciddi faktor olması ilə yanaşı, ATA-nın bütün qonşularla işbirliyində olmasını şərtləndirir. Bu həm də Azərbaycan və Türkiyənin Quzey-Doğu yönündə nüfuz dairəsinin genişlənməsində qonşu xalqlar arasında cazibə mərkəzinə çevrilməsi ilə sonuclanır. Biz artıq bu prosesin bütün işartılarını görürük. Azərbaycanın Türkiyə ilə işbirliyi, Xəzər ötəsində olan Mərkəzi Asiya Türk Dövlətləri ilə əlaqələrin genişlənməsi üçün təməli 1992-ci ildə qoyulan "Türk Dövlətləri Başçıları Konseyi” illər ötdükcə daha vacib olduğunu sübut etmişdir. 1992-ci ildə yaradılan bu Konsey sadəcə deklorativ bəyanatla elan edilsə də, əslində bu gələcək üçün bir mesaj idi. Keçmiş sovet rejimindən çıxan dövlətlər 70 il ərzində türklüyündən uzaqlaşdırıldığı üçün və dövlət başçılarının hələ də Moskvanın neoimperiya siyasətinin caynaqları üzərində olduğuna görə bu Konseyin işlək mexanizmi qurula bilməmişdi. İllər ötdükcə Azərbaycanın və Türkiyənin iradəsi ilə Konsey üzvü olan dövlətlər kültür, ədəbiyyat, sənət, mənəvi ədəbi əlaqələrin bağlılığının bərpası yönündə mədəniyyət nazirlikləri çərçivəsində TÜRKSOY quruldu. TÜRKSOY-un bu illər ərzində istədiyimiz qədər olmasa da, ortaq dil, ortaq ədəbi-kültürəl fəaliyyətlər sahəsində xeyli işlər görülmüşdür. "Türk Dövlət Başçıları Konseyi”nin Özbəkistan və Türkmənistan cümhuriyyətləri sonrakı illərdə Konseydən uzaqlaşmış, Konseyin bir çox uğurlu addımları Azərbaycan Respublikası, Türkiyə, Qzaxstan və Qırğızstanın üzərinə düşmüşdür. Onu da açıq şəkildə etiraf etməliyik ki, Türk dövlətləri arasında daha çox geniş əlaqələr Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti meqaprorjelərin genişlənməsi ilə geriyə addımı olmayan, xalqlarımızın bütünlüyü adına irəliləməkdə davam etmişdir. Digər Türk cümhuriyyətləri ilə olan işbirliyi arzu olunan səviyyədə olmamışdır. Bu gün hələ Türkmənistanla bir çox problemləri yaşamaqdayıq. Qapalı ölkəyə çevrilmiş Türkmənistan dövləti Xəzərin su səthinin və dibinin bölünməsində, TransXəzər nəqliyyat xəttinin açılmasında İran adlı ölkənin və özəlliklə Rusiyanın iradəsi ilə bu uluslararası səviyyəli prorjenin gerçəkləşməsinə mane olur. Son bir ildə Xəzərin su səthinin Xəzər hövzəsi dövlətləri arasında ədalətli şəkildə bölünməsində Türkmənistanın pozitiv addımları ümidverici olmuşdur. Son illərdə Mərkəzi Asiya Türk Dövlətləri arasında xüsusi əhəmiyyətə malik olan Özbəkistanda siyasi dəyişikliklərin baş verməsi və Şövkət Mirzəyevin dövlət başçısı seçilməsi Mərkəzi Asiyada türk dövlətləri və Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında daha geniş mənada inteqrasiyanın yolunu açmışdır. 2018-ci ildə Qırğızstanın başkəndi Bişkekdə keçirilən "Türk Dövlət Başçılarının Konseyi” toplantısında Özbəkistan məşvərətçi səslə iştirak edib.
Yeri gəlmişkən bu məqamdan əcdad kökləri Hun Türklərinə dayanan və Avropanın mərkəzində yerləşən Macarstan dövlətinin də bu toplantıda məşvərətçi səslə iştirakı olduqca önəmli sayılmalıdır. Zaman keçdikcə, özəlliklə də Türkiyə Cümhuriyyətinin Orta Doğu, Qafqazlarda və bütünlüklə dünya dövlətləri arasında bağımsız siyasət yürütməsi sonucunda "Türk Dövlətləri Konseyi”nin əhəmiyyətini daha da gücləndirmişdir. Məhz belə olduğu üçün, Türk dövlətləri arasında mövcud ortaq işbirliyi "Türk Dövlətləri Konseyi” çatısı altında genişləndirilməsi və dərinləşdirilməsi həmin dövlətlərin daxili tələbatına çevrilmişdir. Məhz bu tələbatlardan irəli gələn şərtlər və standartların sonucu kimi, bu ilin sentyabr ayında Azərbaycanın başkəndi Bakıda ilk dəfə olaraq "Türk Konseyi”nə daxil olan dövlətlərin təhlükəsizlik xidmətlərinin görüşündə "Türk Dövlətlərinin Təhlükəsizlik Xidmətləri”nin daimi işləyən ortaq qurumunun yaradılması və mərkəzi aparatının Ankarada yerləşməsi qərara alınıbdır. Hunqariyanın (Macarstan) başkəndi Budaşeptdə isə "Türk Dövlətləri Konseyi”nin daimi işləyən ofisi açılmışdır. Sevindirici haldır ki, Özbəkistan dövləti "Türk Konseyi”nin daimi üyəliyinə daxil olmaq barəsində xüsusi qərar vermişdir. Türkmənistan isə, Konseyə məşvərətçi üyə olacağını rəsmən açıqlamışdır. Bu il oktyabr ayının 14-15 tarixində Bakıda "Türk Konseyi”nin dövlət başçılarının xüsusi toplantısı gözlənilir. Bu toplantıdan Konseyin işlək qurumlarının yaradılması haqqında qərar verməlidir.
– Konseydə sizin fikrinizcə hansı qərarların verilməsini daha vacib hesab edirsiniz?
– Biz hesab edirik ki, "Azərbaycan-Türkiyə Konfederasiyası” (ATA) nəzərdə tutulan işlək qurumlar "Türk Konseyi”ndə də yaradılmalı və daimi işləyən aparatı və rəhbər orqanları qurulmalıdır. Beləliklə "Türk Konseyi” Azərbaycan və Türkiyə Konfederasiyasının (ATA) eyniliyini yaratmaqla Adriatik dənizidən Sakit Okeana qədər bir bölgədə yaşayan xalqlar və dövlətlərarası qarşıdurmaların aradan qaldırılması, demokratik təsisatların yaradılması, bölgədə ekspansiya, təzyiq, işğalçılıq və hegemonluq hallarının aradan qaldırılmasına gətirəcəkdir.

– Xəzər hövzəsinə daxil olan İran adlı ölkənin ərazisində Təbriz mərkəzli Azərbaycan Türk Dövlətinin yaranacağını bildirmisiniz. Bəs Rusiya dövlətini necə görürsünüz?
– Bölgədə gedən siyasət və dünyada baş verən dəyişkənliklərin fonunda onu da xüsusi olaraq qəbullanmaq lazımdır ki, Rusiya Federasiyasının demokratikləşmə prosesi bitənədək bu dövlətin "Türk Konseyi”ndə gözləmçi üyə kimi iştirakı məqsədə uyğun sayılır.
– "Türk Konseyi”nin tərkibində hansı qurumların yaranması daha aktualdır?
– Nəqliyyat və kommunikasiya vasitələri üzrə projelərin gerçəkləşməsi üçün meqa proyeklərin reallaığa çevrilməsi dövlətlərarası iqtisadi münasibətlərin tənzimlənməsi, ortaq bazarın yaradılması, ortaq bank və valyutanın yaradılması, istehsalat sahələrinin yaradılması üçün iqtisadi inkişaf qurumları yaradılmalıdır. Xarici təcavüzdən qorunmaq üçün ortaq savunma (müdafiə) qərargahı yaradılmalıdır.
Dilimizin ortaqlaşması üçün ortaq yayım-basın (KİV) və informasiya agentlikləri fəaliyyətə başlamalıdır. Mənəvi birliyimizin təmin edilməsi üçün Konseyin ortaq inanc mərkəzi yaradılmalıdır ki, bu mərkəzdə bütün dövlətlərin dini rəhbərləri və qurumları təmsil olunaraq inanclarımıza yönəlik dağıdıcı, aşındırıcı və missioner fəaliyyətlərin qarşısı alınsın.
– Cahandar bəy, Quzey sınırımızda, yəni Rusiyada yaşayan müsəlman və türk soylu toplumlarla işbirliyi necə olmalıdır?
– "Türk Konseyi”nin işlək qurum və quruluşları yaradıldıqca Rusiya Federasiyası ilə danışıqlar aparıb sınır bölgəmizdə olan qardaş toplumların, Türk Konseyi”nə üyə olan dövlətlərə gediş-gəlişlərinin sərbətsləşdirilməsini anlaşmalıdır. Bu, təkcə Quzey sınırmıza aid deyil, eyni zamanda Qazaxstanın quzey sınırları boyunca yaşayan türk toplumlarına şamil edilməlidir. Əsasını TÜRKSOY-la qoyulan ədəbi, mədəni, kültürəl əlaqələr daha da genişlənməli, milli-mədəni haqlar geniş şəkildə inkişaf etdirilməlidir. "Türk Konseyi”nə daxil olan dövlətlərin kültürəl, mədəni, ədəbi və tarixi proqramların icrasına və yaşadıqları bölgələrdə tətbiq olunması üçün şərait yaradılmalıdır. Ortaq türkcəmizin formalaşmasında bu toplumların dillərində işlədilən söz və sözcüklərdən istifadə edilməsi üçün həmin toplumların alimləri işbirliyinə cəlb edilməlidir.
Rusiya dövləti insan haqlarına dayanan bu anlaşmaya yardımçı olarsa, gündəmə gələn bu proses daha çox Rusiyanın öz xeyrinə olar və Türk dövlətləri ilə inteqrasiyanın dərinləşməsinə gətirib çıxaracaqdır. Bu məsələ sadəcə Rusiya Federasiyasına aid deyil. Qonşşu Gürcüstan, Əfqanıstan və Pakistana da şamil edilməlidir. Beləliklə "Türk Konseyi”nin Azərbaycan Respublikası, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızstan, Qazaxstan və Hunqariya (Macarstan) qurucu və daimi üyələri, Rusiya Federasiyası, Gürcüstan, Əfqanıstan, Pakistan, Tacikstan və Monqolustan dövlətləri isə, məşvərətçi üyələri olurlar.
(ardı var)
Söhbətləşdi Ənvər Yusifoğlu
Xəbər lenti
-
11:24Etiraz şüarları ilə məhşur oldu - FOTO
-
11:20Daxili İşlər Nazirliyinin cazibədar polisi internetdə fenomen oldu (FOTO)
-
11:19Xatundan Xumar Qədimovaya şok sözlər- "Özünü bir az ağır apar"
-
11:17Yanvarın 1-dən 50 AZN ödəməlisiz, əks halda 30 AZN CƏRİMƏ OLACAQSINIZ
-
11:14“Oğlunun dostuna aşiq olan ana..”
-
11:10Pul kisəsi haqqında bilmədikləriniz? - Varlanmağın yolları
-
11:06"O sualı Elxan Məmmədovdan bir daha soruşun" - Rəşad Sadıqov
-
11:03Bakıda arvadını başqa kişi ilə yaxalayan ər göz yaşlarında boğuldu - VİDEO
-
11:00Tolik Damlanın daha bir ŞOK VİDEOsunu yaydı - Əlimdə faktlar var
-
10:50Dəhşətli kadrlar: şir zoopark işçisinin qolunu parçaladı – VİDEO
-
10:40Dəhşətli qəzada bir ailənin üç üzvü öldü - FOTO
-
10:30Bakıda yarıçılpaq bıçaqlı şəxslər insanlara belə hücum etdi - VİDEO
-
10:20Türkiyə klubu Almaniyada sensasiyalı qələbə qazanaraq Avropa Liqasının 1/16 finalına çıxdı – VİDEO
-
10:10Emin ikiqat yubileyini ailəsi və dostları ilə keçirdi - FOTO
-
10:03Bakı-Sumqayıt yolunda tıxac yarandı - FOTO
-
10:00Bakıda kişiləri tovlayan qızlar peyda olub - FOTO
-
09:09Mehdiabadda ölümlə nəticələnən qəza
-
21:57Aslan İsmayılovun Mingəçevirlə bağlı paylaşımına RƏSMİ CAVAB: "ƏRAZİ ÖZƏLLƏŞMƏYİB"
-
19:43"Ulu Öndərimizlə qürur duyur və hər zaman onu fəxrlə anırıq"
-
19:09Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib
-
18:51Bakıda xəyanətə uğramış ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı
-
18:00Azərbaycanlı sürücü ilə rus qadın arasında 90 qəpiyə görə mübahisə düşdü
-
17:54DİQQƏT! Bu şəxslərin maaşı artırıla bilər - RƏSMİ
-
17:50Evə gizli kamera qoyan qadın dəhşətə gəldi - Ən yaxın rəfiqəsi...- FOTO
-
17:46Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi
-
17:40İkibaşlı pişik doğuldu - VİDEO
-
17:30Sevilən ulduzları heç belə görməmişdiz - UŞAQLIQ FOTOLARI
-
17:29"Ayda mənə 10 min xərcləyəcək kişi ilə..." - İnternetdə biabırçı elan - FOTOLAR
-
17:25Zakir Fərəcovun prokuror oğluna vəzifə verildi
-
17:20"Bu millət heç vaxt unutmaz oğul payını"
-
17:15SON DƏQİQƏ - Millimizin futbolçusu həbs edildi
-
17:10İdmançı səhvən hakimi vurub xəstəxanalıq etdi - VİDEO
-
17:00Avtomobili dayanacaqda sərnişinlərin üzərinə sürüb, üç nəfəri öldürdü - VİDEO
-
16:50Bir ilə 90 kilo ataraq TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞDİ - FOTOLAR
-
16:46Fransızlar bayraq yandırdılar, "Qalatasaray" azarkeşləri can aldılar - VİDEO
-
16:44Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ
-
16:41Bu gün Bakı metrosu yarım saat artıq işləyəcək
-
16:40Azyaşlının üç yerdən sınan qoluna krem çəkib evə göndərdilər - FOTO
-
16:36Birinci vitse-prezidentdən Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım - VİDEO
-
16:35Fəhlənin yüksəklikdən yıxılma anı belə görüntüləndi - VİDEO
12 Dekabr 2019