RU
Cənab Prezidentin “Euronews”ə müsahibəsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir” – Elşən Musayev
17:17
137

Cənab Prezidentin “Euronews”ə müsahibəsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir” – Elşən Musayev

"
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Euronews” televiziya kanalına verdiyi müsahibədə söylədiyi fikirlər dövlətimizin müəyyən etdiyi strategiya və prioritetlərin ifadəsidir. Eyni zamanda dövlət başçısının bütün istiqamətlər üzrə mövzulara toxunması, verilmiş suallara sərrast şəkildə cavab verməsi Azərbaycan həqiqətlərinin, məram və hədəflərimizin dünya ictimaiyyətinə bəyan olunması, çatdırılması baxımından olduqca əhəmiyyətlidir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Cənab Prezident yürüdülən daxili və xarici siyasətin tam müstəqil olması haqda məqamlara da məxsusi toxunub. Bəli, gerçək də budur. Hazırda yürüdülən siyasət məhz milli maraqların qorunmasına yönəlib və hər zaman belə olacaq.

Üstəlik, Qarabağ, sülh mövzusu ilə də bağlı verilən sualları da ən mükəmməl şəkildə cavablandıran İlham Əliyev məlum kontekstdə Azərbaycan tərəfdən heç bir problemin olmadığını bildirib, dövlətimizin sülhpərvər siyasətə sadiq qaldığını bir daha vurğulayıb və beynəlxalq ictimaiyyəti regiondakı hadisələr barədə səhih informasiyalar almağa, ədalətli mövqe bildirməyə çağırıb.

Müsahibəyə nəzər saldıqdan sonra bir daha ölkə rəhbərimlə, Müzəffər Ali Baş Komandanla qürur duydum. Eşq olsun, dəyərli Prezidentimə!”- deyə Partiya sədri fikirlərinə davam edib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ