RU
CENTCOM rəhbəri hərbçiləri mobil telefonlardan istifadə ilə bağlı xəbərdar edib
17:00
25

CENTCOM rəhbəri hərbçiləri mobil telefonlardan istifadə ilə bağlı xəbərdar edib

ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı, admiral Bred Kuper hərbçilərə xəbərdarlıq edib ki, mobil telefonlarla çəkilən və internetdə paylaşılan foto və videolar İranın ABŞ hərbi bazalarını hədəfə almasına kömək edə bilər.

Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, yaxın vaxtlarda bölgədə xidmət edən bəzi ABŞ hərbçilərinə mobil telefonlarını təhvil vermələri barədə göstəriş verilə bilər.

Agentliyin əldə etdiyi və iyulun 28-də imzalanmış məktubda admiral Kuper bildirib ki, İran xəbər materiallarını, eləcə də jurnalistlərin və hərbçilərin mobil telefonlarla çəkərək sosial şəbəkələrdə paylaşdıqları foto və videoları izləməklə endirilən zərbələrin nəticələrini demək olar ki, real vaxt rejimində qiymətləndirə bilir.

"Bu açıq mənbəli kəşfiyyat məlumatlarının qaçılmaz bədəli ABŞ hərbçilərinin və hədəfə alınan Körfəz ölkələrində yaşayan mülki şəxslərin həyatı ilə ölçülə bilər", - deyə məktubda vurğulanıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri hərbçiləri əməliyyat təhlükəsizliyi qaydalarına daha ciddi riayət etməyə çağırıb. Bununla belə, memorandumda hansı konkret tədbirlərin görüləcəyi göstərilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ