RU
lombard
Ceyhun Bayramov Minsk Qrupunun fransalı həmsədri ilə telefonla danışdı
16:38
143

Ceyhun Bayramov Minsk Qrupunun fransalı həmsədri ilə telefonla danışdı

2021-ci ilin 27 yanvar tarixində qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

7News.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ