Amerika prezidenti Co Bayden Məhərrəm ayı ilə bağlı paylaşım edib.
7News.Az xəbər verir ki, o, "Tvitter” hesabında matəm ayı ilə bağlı qeydlərini yazıb:
"Mən və Cil (xanımı - red.) İslam təqvimi ilə müqəddəs Məhərrəm ayında baş verən tarixi fədakarlıqların xatirəsini qeyd edənlərə ən xoş arzular diləyirik. Biz ümumbəşəri ədalət, bərabərlik və şəfqət kimi dəyərlərin uca tutulmasında sizinlə birlikdəyik”.









