RU
Corc Buşdan “Ukraynadakı missiya” ilə bağlı etiraf
18:50
268

Corc Buşdan “Ukraynadakı missiya” ilə bağlı etiraf

ABŞ-ın keçmiş prezidenti məşhur prankerlər tərəfindən onun üçün təşkil edilən püşkatma zamanı bir sıra şok etirafları ilə diqqət çəkib.

Rusiyalı prankerlər Vovan (Vladimir Kuznetsov) və Lexusla (Aleksey Stolyarov)  söhbət zamanı ABŞ-ın keçmiş prezidenti Corc Buş Qərbin Ukrayna ərazisində Rusiyaya qarşı müharibə apardığını etiraf edib.
Buş bildirib ki, Ukraynanın missiyası mümkün qədər çox rus əsgərini məhv etməkdir.

"Birləşmiş Ştatların bu hərəkata rəhbərlik etməyə davam etməsi çox vacibdir. Bizim ordumuz sizin gördüyünüz işi dəstəkləyir”- o qeyd edib.

Kiçik Buş onu da əlavə edib ki, hələ zamanında Ukraynanın NATO üzvü olmasına çalışırdıq: 

"Ukraynanın NATO-ya üzv olmasını istəyirdim. Bir müddət Rusiyanın daha mülayim olacağını düşündüm, lakin sonra Putin kəskin şəkildə dəyişdi. Onun istədiyi yeganə şey Ukraynanın NATO-dan kənarda qalması idi”./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ