lombard

Daha bir dairənin beş məntəqəsinin nəticələri “sıfırlandı” - YENİLƏNİB

Daha bir dairənin beş məntəqəsinin nəticələri “sıfırlandı” - YENİLƏNİB

30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə 1 saylı məntəqənin də nəticələri ləğv edilib. 

7News.Az-ın xəbərinə görə, Samirə Rəfullayevanın tələbindən MSK sədri Məzahir Pənahov da həmin məntəqənin nəticələrinin etibarsız sayılmasını tələb edib. Daha sonra videogörüntülərə baxılıb.

Qərara alınıb ki, müvafiq dairədə 1 saylı məntəqənin də nəticələri etibarsız sayılsın.

16:23

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb. 

7News.Az-ın xəbərinə görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib. 

O qeyd edib ki, həmin dairədən deputatlığa namizəd Samirə Rəfullayeva müraciətində məntəqələrdə pozuntuların olduğunu bildirib. 

S.Rəfullayeva dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb edib. 

MSK-nın iclasında qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 12, 14, 16 və 18-ci məntəqələrində nəticələr etibarsız hesab edilsin. 

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır. 


7News.Az

Xəbər lenti