RU
Daha bir TƏBİB rəsmisinin ailəsində koronavirusa yoluxma
12:09
305

Daha bir TƏBİB rəsmisinin ailəsində koronavirusa yoluxma

"Koronavirusa yoluxan şəxslərin yenidən bu xəstəliyə düçar ola biləcəyi ilə bağlı dəqiq söz demək olmaz”.

7News.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, onun yaxınları arasında da koronavirusa yoluxanlar var:

"Mən onlara da məsləhət görürəm ki, özlərini maksimum qorusunlar. Bu xəstəliyə yoluxan və sağalan şəxslərdən seroloji testlər götürülərək, onların orqanizmində virusa qarşı immunitetin formalaşıb-formalaşmaması müəyyən olunur.

Amma bütün hallarda virusa yoluxub sağalan şəxsin yenidən yoluxma ehtimalına dəqiq cavab vermək hələlik mümkün deyil”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ