RU
Konqoda Eboladan ölənlərin sayı 625-ə çatıb
14:40
33

Konqoda Eboladan ölənlərin sayı 625-ə çatıb

Konqo Demokratik Respublikasında Ebola virusundan laboratoriya təsdiqli ölənlərin sayı son sutka ərzində daha 25 nəfər artaraq 625 nəfərə çatıb.

Bu barədə ölkənin Rabitə və KİV-lə iş üzrə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Ebola virusuna yoluxanların ümumi sayı isə son 24 saatda 33 nəfər artaraq 1 792 nəfər olub.

Bildirilib ki, hazırda xəstəlik üzrə ölüm göstəricisi 34,9 faiz təşkil edir.

Qeyd edək ki, budəfəki Ebola epidemiyası bu il mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb.

Epidemiyanın episentri isə Konqonun İturi əyalətidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ