Türkiyədə 24 yaşlı gənc qız yaşadıqları binanın damından asılı halda tapılıb.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, 24 yaşlı Eda Küçükbaltacılar yaşadıqları binanın damında özünü asaraq intihar edib.
Hadisə yerinə gələn polis və təcili tibbi yardımın işçiləri 24 yaşlı qızın hadisə yerində öldüyünü bildirib.
Eda Küçükbaltacıların anası qızının intihar etmədiyini, onun sevgilisi tərəfindən öldürüldüyün iddia edib.
Nurhayat Küçükbaltacılar bildirib ki, qızımı sevgilisi öldürüb, sadəcə intihar adı verməyə çalışılır: "Mən qızımın qatillərin tapılmasını istəyirəm".
7News.Az








