RU
Dəhşətli istilər yaponların axırına çıxır: Bir həftədə 23 nəfər öldü
16:50
287

Dəhşətli istilər yaponların axırına çıxır: Bir həftədə 23 nəfər öldü

Yaponiyada yüksək temperatur səbəbiylə son bir həftədə 23 nəfər həyatını itirib.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun son həftəsində günvurma səbəbi ilə 8122 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 23 nəfərinin vəfat etdiyi, 3 mindən çoxunun isə ağır vəziyyətdə olduğu açıqlanıb.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər içərisində yaşı 65-dən yuxarı olan şəxslər çoxluq təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ