RU
Deputat Neftçala ilə bağlı həyəcan təbili çaldı
12:37
272

Deputat Neftçala ilə bağlı həyəcan təbili çaldı

"Neftçalada heyvanların belə su içməsi mümkün deyil”.

7News.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, Kür çayının səviyyəsi enir və ona dəniz suyu qarışır. "Nəticədə, su şoranlaşır. Heyvanlar susuzluqdan qırılır, bostanlar quruyur. İnsanlar içməyə su tapmır”, - deyə, S.Rüstəmxanlı əlavə edib. 

Millət vəkili qeyd edib ki, Kür çayından Neftçalaya içməli suyun verilməsi üçün boru çəkilməsi nəzərdə tutulurdu, bunun üçün 5 milyon manat ayrılmışdı: "Ancaq həmin su kəməri çəkilmədi. Neftçalada su problemi ilə bağlı həyəcan təbili çalıram. Bu gün problemdən çıxış yollarından biri də dəniz suyunun şirinləşdirilməsidir”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ