RU
Deputatların koronavirus testinin nəticələri MƏLUM OLDU
18:09
694

Deputatların koronavirus testinin nəticələri MƏLUM OLDU

Milli Məclisin deputatlarının koronavirus testinin nəticələri açıqlanıb. Bu barədə Modern.az-a Milli Məclisin üzvləri məlumat veriblər.


Millət vəkillərindən Siyavuş Novruzov, Tahir Rzayev, Vüqar İsgəndərov, Məşhur Məmmədov, Tahir Kərimli, Sabir Hacıyev, Müşfiq Cəfərov, Ramil Həsən, Şahin Seyidzadə və digərləri Modern.az-a açıqlamalarında koronavirus testinin nəticələrinin neqativ çıxdığını bildiriblər.


Qeyd edək ki, Milli Məclisin deputatları və Aparat işçiləri iyunun 21-də koronavirus testi veriblər.


Milli Məclisin deputatı Sahib Aliyev isə hazırda koronavirus səbəbindən "Yeni klinika”da müalicə alır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ