28 nəfər imtahandan qovulub, bir nəfər 675 bal yığıb

28 nəfər imtahandan qovulub, bir nəfər 675 bal yığıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. 

İmtahanda iştirak etmək üçün sənəd vermiş 14497 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13589 abituriyentdən 28 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. 

Ən yüksək nəticə göstərən abituriyent III ixtisas qrupu üzrə imtahan verib və 675 bal toplayıb. 

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

7News.Az

Xəbər lenti