Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Lalə Zeynalovanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizıdliyi Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb.
Bu barədə Modern.az-a koordinator Lalə Zeynalova məlumat verib.
O, bildirib ki, namizədliyini 103 saylı Gədəbəy seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, Lalə Zeynalovanın rəqibi Yeni Azərbaycan Partiyasının namizədi Sevinc Hüseynovadır.
7News.Az








