RU
Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçilib
20:17
35

Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçilib

Ermənistan parlamentinin sədri vəzifəsinə "Vətəndaş Müqaviləsi" Partiyasının namizədi Ruben Rubinyan seçilib.

"Armenpress” xəbər verir ki, parlamentdə keçirilən səsvermədə hakim fraksiya 63 səslə Rubinyanın namizədliyini yekdilliklə dəstəkləyib.

Müxalif "Ermənistan" bloku səsverməni boykot edib, "Güclü Ermənistan" alyansı isə bitərəf qalıb.

Rubinyan bundan əvvəl Ermənistan parlamentinin sədr müavini vəzifəsində çalışıb. O, həmçinin 2021-ci ildən Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib və bu proses çərçivəsində Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç ilə danışıqlar aparıb.

O, 2018-ci ildə qısa müddət Ermənistan xarici işlər nazirinin müavini, 2019-cu ildən isə Milli Məclisin deputatı olub. 2021-ci ildən parlament sədrinin müavini vəzifəsini icra edirdi.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ