RU
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
11:30
59

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb.

Sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub.

Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.

Qeyd edək ki, ötən gün Elvira Vəliyeva bu barədə "TikTok” hesabında video yayımlayaraq bildirib ki, hadisə gedişhaqqıya görə baş verib. Belə ki, xanım sərnişin əlavə ödənişdən imtina etdikdə sürücü avtomobilin qapılarını kilidləyərək onu hədələyib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ