RU
Donbas uğrunda döyüş yenidən şiddətlənir, ruslar ikiqat qüvvə ilə irəliləyir - ISW
14:00
232

Donbas uğrunda döyüş yenidən şiddətlənir, ruslar ikiqat qüvvə ilə irəliləyir - ISW

Rus qoşunları yenidən Donbasda hərbi əməliyyatları aktivləşdirib və bir neçə istiqamətdən hücuma keçiblər.

Bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) ekspertlərinin hazırladığı yeni hesabatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının da yaydığı məlumata görə, rus qoşunları üç istiqamətdən - Baxmut, Avdeyevski və Novopavlovskidən hücuma keçiblər.

Məlumatda bildirilir ki, Baxmut istiqamətində "Vaqner” döyüşçüləri Ukrayna müdafiəsini yarmağa çalışır. 

Ukrayna ordusu bütün cəbhə xətti boyunca düşmənin güclü hücumunun qarşısını almağa və rusların arxasına zərbə endirməyə çalışır. /olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ