Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.
7news.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikasının baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin dördüncü hamiləliyi və doğuşu olub.
O qeyd edib ki, doğuşdan sonra ananın ölümünə qanaxmanın səbəb olduğu ehtimal edilir: "Meyit patomarfoloji təşrihə verilib. Eskpertizanın rəyi təxminən bir həftədən sonra məlum olacaq”.
7news.Az








