RU
Doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub
20:00
614

Doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub

Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.

7news.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikasının baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin dördüncü hamiləliyi və doğuşu olub.

O qeyd edib ki, doğuşdan sonra ananın ölümünə qanaxmanın səbəb olduğu ehtimal edilir: "Meyit patomarfoloji təşrihə verilib. Eskpertizanın rəyi təxminən bir həftədən sonra məlum olacaq”.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ