RU
Dreldən qopan parça gözünə girdi - FOTO
17:29
35

Dreldən qopan parça gözünə girdi - FOTO

İstanbulda təmir işləri zamanı 42 yaşlı kişinin gözünə dreldən qopan parça düşüb.
 
Təxminən 2,5 saat davam edən əməliyyat zamanı metal parça gözdən çıxarılıb.
 
Ramazan Öztürk metal sökərkən parçanın qırılaraq sıçradığını və gözünə dəydiyini bildirib.

İlk anda bunu adi göz çöpü hesab etdiyini deyən Öztürk ağrı və göz yaşarması başladıqdan sonra xəstəxanaya müraciət edib.

Həkimlərin sözlərinə görə, təxminən 2,5-3 millimetr uzunluğunda olan metal parça gözün dərin qatlarına qədər daxil olub.

Göz xəstəlikləri üzrə mütəxəssis Doç. Dr. Sadık Etka Bayramoğlu bildirib ki, yad cismin kiçik olması onun təhlükəsiz olduğu anlamına gəlmir. Parça görmə mərkəzinə düşdüyü halda hadisə tam görmə itkisi ilə nəticələnə bilər.

"Qoruyucu eynək olsaydı, əməliyyata ehtiyac qalmaya bilərdi”

Həkim drel və digər alətlərdən istifadə zamanı qoruyucu eynək və zəruri hallarda üz qoruyucusundan istifadə edilməsinin vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, belə göz zədələrinin vaxtında müalicə olunmaması qanaxma, infeksiya və görmə itkisinə səbəb ola bilər.

Mütəxəssis çalışdıqları klinikaya gündə orta hesabla 5-10 gözə yad cismin düşməsi və müxtəlif göz zədələri ilə müraciət edildiyini bildirib. Onun fikrincə, qoruyucu vasitələrdən istifadə bu cür xəsarətlərin sayını 90-95 faiz azalda bilər.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ