RU
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
17:30
18

Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Estoniya ilə həmsərhəd olan Leninqrad vilayətinin Kingisepp və Slantsi rayonlarında komendant saatı tətbiq edib. Müxtəlif səyahət qadağalarını da əhatə edən məhdudiyyətlər 26 sentyabr tarixinə qədər qüvvədə olacaq.

 FTX bu tədbirlərin sərhəd pozuntularının və qanunsuz miqrasiyanın qarşısını almaq, eləcə də Çud gölünün su bioloji ehtiyatlarını qorumaq üçün görüldüyünü bildirib.

Estoniya Sərhəd Mühafizə Xidmətinin nümayəndəsi Andris Viltsin mediaya açıqlamasında deyib ki, məhdudiyyətlərdən xəbərdardırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ