RU
Dünyada COVİD-19: Yoluxanların sayı 170 milyon nəfərə çatır
14:20
183

Dünyada COVİD-19: Yoluxanların sayı 170 milyon nəfərə çatır

Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların sayı 169 953 037 təşkil edir.

Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, virusun yayılmasının başlanğıcından bu günə kimi dünyada COVID-19-dan ölənlərin sayı 3 533 629 nəfərə çatıb.

COVID-19-a yoluxma hallarının 15 milyondan çox olduğu ölkələrin siyahısının ilk üçlüyünə ABŞ, Hindistan və Braziliya daxildir.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ