ABŞ-ın İran limanlarına qarşı blokadasının davam etdiyi vaxtda bu gün İrandan yola düşən yük gəmisinə atəş açılıb, gəmi hərəkətini dayandırıb.
Bu barədə Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini – UKMTO məlumat yayıb.
"Heyət üzvlərindən xəsarət alan yoxdur. Gəmidə hər hansı zərərin olduğu barədə məlumat yoxdur”, — məlumatda bildirilib.
Agentlikdən qeyd ediblər ki, insident İran sahillərindən təxminən 8 dəniz mili məsafədə baş verib.
Dünəndən etibarən Hörmüz boğazında daha üç gəminin atəşə tutulduğu bildirilir.








