7News.az xəbər verir ki, TimeOut jurnalının apardığı araşdırma dünyanın ən xoşbəxt şəhərlərini açıqlayıb. İştirakçılara "Yaşadığınız şəhər sizi xoşbəxt edirmi?”, "Şəhərdəki insanlar pozitivdirmi?”, "Öz şəhərinizdə özünüzü başqalarından daha xoşbəxt hiss edirsinizmi?” kimi suallar verildikdə nəticələr təəccüblü olub. Bu sualları araşdıraraq ən xoşbəxt şəhərləri müəyyən edən jurnalın tərtib etdiyi siyahıda birinci yerdə İngiltərənin Bath şəhəri olub. İştirakçıların 93 faizi İngiltərənin cənub-qərbindəki bu şəhərdə yaşamaqdan xoşbəxt olduqlarını bildiriblər. Siyahıda ikinci yerdə Panama, üçüncü yerdə Meksikanın Qvadalaxara şəhəri qərarlaşıb.








