Darya Duqinanın qətlində təqsirləndirilən Natalya Vovk İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
7NEWS.Az xəbər verir ki, Vovun saxlanılması ilə bağlı onun Duqinanın avtomobili partladılandan dərhal sonra qaçdığı Estoniyaya da order göndəriləcəyi bildirilib.
Qeyd edək ki, jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən yanıb. İstintaqın məlumatına görə, avtomobildə məsafədən idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış baş verib. Rusiya FTX Duqinanın qətlində Ukrayna vətəndaşları Nataliya Vovk və Boqdan Tsqanenkonu şübhəli bilib. Vovkun barəsində Moskvanın Basmannıy Rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs qərarı da çıxarılıb.
Darya Duqina tanınmış rusiyalı politoloq və filosof Aleksandr Duqinin qızıdır.
7NEWS.Az








