Miranda Kerr Snapchat-ın sahibinə ərə gedir

Miranda Kerr Snapchat-ın sahibinə ərə gedir

Dünyanın ən məşhur supermodellərindən biri, tanımış aktyor Orlando Blumun sabiq xanımı Miranda Kerr yenidən ailə qurmağa hazırlaşır.

7News.Az TMZ-yə istinadən bildirir ki, 33 yaşlı Miranda Kerr Snapchat messencer proqramının sahibi və banisi, 26 yaşlı milyarder Evan Şpigelə ərə gedir.
Kerr bu barədə fotobloqunda məlumat verib. O, adsız barmağında böyük nişan üzüyü olan fotosunu paylaşıb və yazıb: "Mən "Hə" dedim".

26 yaşlı milyarder isə evlənməyə hazırlaşdığı supermodelə nikah müqaviləsi təklif edib. Müqavilənin şərtlərinə görə, Evan Şpigellə Miranda Kerr boşansalar, supermodelə heç nə çatmayacaq.
M.Kerr və E.Şpigel 2014-cü ildə Nyu-Yorkda, "Louis Vuitton" brendinin ziyafətində tanış olublar.

7News.Az







Xəbər lenti