RU
Dövlət bankı ABB 10 milyon manat borc axtarır
11:15
30

Dövlət bankı ABB 10 milyon manat borc axtarır

"Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 10 milyon manat həcmində yeni istiqraz buraxılışını həyata keçirəcək.

 BFB-nin Listinq Komitəsinin 26 oktyabr 2026-cı il tarixli qərarı ilə bankın istiqrazlarının ticarətə buraxılmasına icazə verilib.

Buraxılış çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd istiqraz yerləşdiriləcək.

İstiqrazların illik gəlirlilik faizi 9%, tədavül müddəti isə 2 il müəyyən edilib. Faiz gəlirləri istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.

Qiymətli kağızlar üzrə abunə yazılışı oktyabrın 26-da başlayıb və noyabrın 8-də başa çatacaq. İstiqrazların yerləşdirilməsi isə noyabrın 12-də həyata keçiriləcək.

Qeyd edək ki, buraxılışın anderrayteri elə ABB-nin 100% törəməsi olan "ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ