RU
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
17:56
522

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

 

Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri Ulu Öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi haqqında qərar qəbul edib. Həmin ildən etibarən bu tarix Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur./AZƏRTAC

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ