RU
Dövlət Xidmətindən “Trendyol”la bağlı - Rəsmi açıqlama
16:00
194

Dövlət Xidmətindən “Trendyol”la bağlı - Rəsmi açıqlama

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ötən gün Xidmətin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın "Trendyol”a qarşı tədbirlər görə biləcəyi ilə bağlı fikirlərinə aydınlıq gətirib.

Dövlət Xidmətinin açıqlamasında  qeyd olunur ki, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur. 

Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ