RU
“Dövlətin və xalqın xilaskarı
17:14
493

“Dövlətin və xalqın xilaskarı" mövzusunda konfrans keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq ziyarət ediblər.

Heydər Əliyev Mərkəzində ulu öndərin fəaliyyətini əks etdirən stend guşəyə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.
Mərkəzin konfrans zalında "Dövlətin və xalqın xilaskarı" mövzusunda təşkil olunmuş konfrans ümummilli lider Heydər Əliyevin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Tədbiri giriş sözü ilə açan regional idarənin rəisi Vüqar Qədirov Heydər Əliyevin Azərbaycan Xalqının taleyində və müstəqil dövlətimizin həyatında göstərdiyi xidmətlərdən söz açıb. Heydər Əliyev fenomeninin, siyasi qabiliyyət və iradəsinin Dövlətimizin xilası və inkişafındakı xidmətlərindən, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlardan, ordu quruculuğundan, beynəlxalq iqtisadi layihələrdən, bütün sahələri əhatə edən inkişafdan və s. bəhs edib. Heydər Əliyev siyasətinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr haqqında ətraflı məlumat verib.
Tədbirdə mədəniyyət müəssisələrinin əməkdaşları çıxış edərək ümummilli lider Heydər Əliyevə dərin hörmət və ehtiramlarını ifadə edərək sabitliyin və inkişafın qarantı kimi Heydər Əliyev ideologiyasının təbliğində gənclərin düzgün istiqamətdə mariflənməsinin vacib olduğunu bildiriblər.
 
 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ