İndi isə yeni bir qayda çıxıb. Artıq parkomatların qarşısında saxlanan maşınlar qa cərimə meydançasına aparılır. Səbəbi gülməlidir - sən demə, bəzi parkomatlar qanunsuz fəaliyyət göstərirmiş. Xatırladaq ki, parkomatlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzarətindədir və hər axşam küçə və prospektlərdən, məhəllə və dalanlardan yığılan gəlirə birbaşa Nəzarət Müfəttişliyi cavabdehlik daşıyır.
Budur, Dövlət Yol Polisi İdarəsinin Cavanşir körpüsünün yaxınlığında yerləşən cərimə meydançasının əməkdaşları maşınları qeyri-qanuni şəkildə meydançaya aparırlar.
Arxaya baxmadan çıxıb gedən bu şəxs Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yolun həm sol, həmdə sağ tərəfində olan parkomatlara nəzarət edir. Hər iki parkomat isə işləyir. Budur, yoxlayırıq: "Avtomobilimin nömrəsini daxil edirəm. Əlimdə olan qəpikləri daxil edirəm”.








