Avropa Mərkəzi Bankı (ECB) baza dərəcəsini ardıcıl dördüncü dəfə - 50 baza bəndi artıraraq, 2,5 %-ə çatdırıb.
7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında deyilir.
Depozitlər və qısamüddətli kreditlər üzrə dərəcələr də 50 baza bəndi səviyyəsində artırılaraq, müvafiq olaraq 2 %-ə və 2,75 %-ə çatdırılıb.
Hesabatda deyilir ki, tənzimləyici yüksək inflyasiya fonunda dərəcələri artırmağa davam edəcək.
7NEWS.Az







