RU
lombard
Əflatun Amaşov 7NEWS.az saytını yubiley münasibəti ilə təbrik edib - MƏTN
18:48
766

Əflatun Amaşov 7NEWS.az saytını yubiley münasibəti ilə təbrik edib - MƏTN

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 7NEWS.az saytını 5 yaşı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: ""7news.az” saytının 5 yaşı tamam olur. Bu münasibətlə gənc həmkarım Səbuhi Abbasov başda olmaqla nəşrin yaradıcı kollektivini təbrik edirəm.  

Azərbaycan Mətbuat Şurasının üzvü olan "7news.az” hər zaman oxucuların görüşünə məzmun və yaradıcılıq baxımından maraqlı təqdimatları ilə gəlib. İlk gündən götürülmüş bu dəst-xəttə sadiqlik ona geniş auditoriya qazandırıb. Sevindirici haldır ki, bu auditoriya təkcə ölkəmizin sərhədləri ilə məhdudlaşmır. 

Ötən 5 ilin fəaliyyət mənzərəsi göstərdi ki, "7news.az” uzaq məsafələr hədəfləyən media orqanıdır. Bu peşəkarlıq iddiası gərgin, yorulmaz əməyə, zəhmətə və axtarışlara söykənməklə fəxr və qürur hissi doğurur. 

Bir daha "7news.az” saytını kollektivinin üzvlərini fəaliyyətlərinin 5 illiyi münasibətilə təbrik edir, yeni-yeni uğurlar,  möhkəm cansağlığlı arzulayıram."

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ