Yaponiyada taxt-tacın varisliyi ilə bağlı böhran dərinləşir
7News.az xəbər verir ki, imperator ailəsinin sürətlə kiçilməsi nəticəsində yaranmış varislik böhranını həll etmək məqsədilə hökumətin hazırladığı tədbirlər qadınların taxta çıxması ehtimalını tamamilə istisna edir. Əhalinin böyük əksəriyyəti qadın imperator ideyasına müsbət yanaşsa da, hökumətin ənənəni qorumaq üçün atdığı addımlar yeni bir müzakirəyə səbəb olub.