El Salvador prezidenti Nayib Bukele alim, mühəndis və həkim kimi yüksək ixtisaslı əcnəbi işçilərə 5 min "pulsuz pasport” veriləcəyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, El Salvador prezidenti Nayib Bukele X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib. Əcnəbi alimlərə, mühəndislərə, həkimlərə, sənətçilərə və filosoflara təxminən 5 milyard dollara bərabər olan 5 min "pulsuz pasport" veriləcəyini qeyd edən Bukele, bu insanların səsvermə hüququ da daxil olmaqla tam vətəndaşlıq statusu da alacaqlarını bildirib.
7NEWS.az








