RU
Əlcəzairdə meşə yanğınları qurbanlarının sayı artıb - YENİLƏNİB + VİDEO
21:30
614

Əlcəzairdə meşə yanğınları qurbanlarının sayı artıb - YENİLƏNİB + VİDEO

Əlcəzairdə meşə yanğınlarında həyatını itirənlərin sayı artıb.

"Anadolu” xəbər verir ki, artıq təbii fəlakət nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. Onlardan 28-i hərbçi, 37-i isə mülki şəxslərdir. Gün ərzində ölkənin 18 əyalətində 71 meşə yanğını ocağı meydana gəlib.

12:32

 

Əlcəzairdə insanları meşə yanğınlardan xilas edən 25 yanğınsöndürən alovun qurbanı olub. Mülki şəxslər arasında ölənlərin sayı isə 17 nəfərə çatıb.

Bu barədə Əlcəzairin 74 yaşlı prezidenti Abdülməcid Təbbun özünün "Twitter” səhifəsində yazıb.

Əlcəzairin Müdafiə Nazirliyindən verilən məlumatda isə meşə yanğınları söndürərkən daha 11 əsgərin yaralandığını, onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilib.

Jurnalistlərə açıqlama verən Əlcəzairin Baş naziri Ayman Benabderrahman söyləyib ki, hökumət yanğınların söndürülməsi üçün digər dövlətlərdən yardım istəyib və hazırda xarici tərəfdaşlarla danışıqlar aparılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ