RU
“Elə bilirlər ki, ona puluna görə ərə getmişəm...“ - Şəbnəm
17:00
853

“Elə bilirlər ki, ona puluna görə ərə getmişəm...“ - Şəbnəm

"Düşünürlər ki, onunla puluna və yaxud nəyinə görəsə ailə qurmuşam. Xeyr, mənim ondan öncə hər şeyim var idi. Hər şeyi kənara çəkib, onu seçmişəm…”

Bu sözləri müğənni Şəbnəm Tovuzlu ARB televiziyasında yayımlanan "Onun sirri" verilişində qonaq olarkən deyib.

Həyat yoldaşından danışan ifaçı onu çox sevdiyini bildirib:

"Hər qadına bu cür sevgi arzulayıram. Qarşısındakı insana həm sevgi, həm də dəyər verir. Onu qoruyur. Çünki sevib ailə qurmuşam. Bəzən düşünürlər ki, onunla puluna və yaxud nəyinə görəsə ailə qurmuşam. Xeyr, mənim ondan öncə hər şeyim var idi. Hər şeyi kənara çəkib, onu seçmişəm. Bunu hamı bilir. Allahım şahiddir ki, onu dünyalar qədər sevirəm".

Qeyd edək ki, Şəbnəm Tovuzlu ilə Hacı Ramilin Əli adlı oğlu var.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ