RU
Rusiya ötən gecə Ukraynanın 556 PUA-sını vurub, bir dronun qalıqları Şeremetyevo aeroportuna düşüb
13:30
23

Rusiya ötən gecə Ukraynanın 556 PUA-sını vurub, bir dronun qalıqları Şeremetyevo aeroportuna düşüb

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə ərzində Ukraynanın 556 pilotsuz uçuş aparatını vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lar Belqorod, Kaluqa, Kursk, Orel, Bryansk, Voronej, Tula, Smolensk, Pskov, Lipetsk, Tver və Rostov vilayətləri, eləcə də Krasnodar diyarı, Moskva vilayəti, Krım Respublikası və Qara və Azov dənizləri üzərində zərərsizləşdirilib.

Moskvanın Şeremetyevo hava limanı ərazisinə PUA-nın qalıqları düşüb. Aeroportun mətbuat xidmətinin məlumatına görə, hava limanı ərazisində heç bir xəsarət alan və ya dağıntı olmayıb.

"Qalıqlar sərnişin və təyyarələrin idarə olunduğu ərazilərdən təhlükəsiz məsafədədir. Təcili yardım xidmətləri hadisə yerində işləyir və lazımi təhlükəsizlik tədbirləri görülür", deyə hava limanından verilən açıqlamada qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ