RU
Elmar Məmmədyarov Paskal Mönyeyə uğurlar arzuladı
20:16
400

Elmar Məmmədyarov Paskal Mönyeyə uğurlar arzuladı

XİN məlumat yaydı.

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən 7news.az-a verilən məlumata görə, səfir P. Mönye diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir E. Məmmədyarov P. Mönyeyə gələcək fəaliyyətində uğurlar arzu edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ