RU
lombard
Ən az və ən çox namizəd olan dairələr - SİYAHI
13:33
164

Ən az və ən çox namizəd olan dairələr - SİYAHI

Parlament seçkiləri ilə əlaqədar 2431 nəfər deputatlığa namizəd olmaq üçün müraciət edib. Onlardan 2358 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. 1560 nəfərin namizədliyi qeydə alınıb. 

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib. 

7News.Az ən az və ən çox deputatlığa namizədliyi qeydə alınmış dairələrin TOP-5-liyini hazırlayıb. 

1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan seçki dairələrində deputatlığa üç namizəd qeydə alınıb. 

5 saylı Şahbuz-Babək seçki dairəsində dörd, 6 saylı Culfa-Babək seçki dairəsində beş, 7 saylı Ordubad-Culfa seçki dairəsində dörd nəfərin namizədliyi qeydə alınıb. 

Ən çox deputatlığa namizəd isə 16 saylı Yasamal ikinci seçki dairəsindən olub. Bu dairədən 26 nəfərin namizədliyinə "hə” deyilib. 

13 saylı Xəzər-Pirallahı, 54 saylı Şabran-Siyəzən seçki dairələrinin isə hərəsindən 25 nəfərin namizədliyi qeydə alınıb. 

Bu kateqoriyada 15 saylı Yasamal birinci seçki dairəsi 24 nəfərlə üçüncü yerdə qərarlaşıb. 
44 saylı Sumqayıt-Xızı seçki dairəsi isə siyahıda dördüncü yerdədir. Bu dairədən 22 nəfərin namizədliyi qeydə alınıb. 

29 saylı Səbail, 30 saylı Suraxanı birinci, 32 saylı Suraxanı üçüncü, 34 saylı Xətai ikinci, 87 saylı Ağsu-İsmayıllı seçki dairələrinin hər birindən 21 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. 

Qeyd edək ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ