Türkiyənin Zonquldak şəhərində yaşayan15 yaşlı A.O polisə gedərək 13 yaşında ona təcavüz edən 23 yaşlı M.K-dan yenidən şikayət ərizəsi verib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.O polisə ifadəsində M.K-nın azadlığa çıxdıqdan sonra ona yenidən təcavüz etdiyini və hamilə qaldığını bildirib.
M.K polislər tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
Məhkəmədə cinsi istismara məruz qalan yeniyetmənin vəkili M.K-nın 26 il azadlıqdan məhrum edilməsini tələb edib.
A.O məhkəmədə ifadəsində M.K-nın onu aldadaraq meşəyə aparıb, zorladığını söyləyib: "Dünyaya gətirdiyim uşağın atası M.K-dır"
Vəkilin çıxışından sonra məhkəmə doğulan körpənin atasının müəyyən edilməsi üçün DNT analizinin keçirilməsinə qərar verib.
Qeyd edək ki, 2018-ci ildə M.K sosial şəbəkədə tanış olduğu 13 yaşlı A.O cinsi münasibətdə olub. Bundan xəbərdar olan A.O-nun ailəsi polisə müraciət edərək M.K-nın həbsini tələb edib. Məhkəmədə M.K A.O-nun onu aldadaraq 18 yaşında olduğunu söylədiyini bildirib. Ailə isə ifadəsində qızlarının əqli qüsurlu olduğunu və M.K-nın ondan istifadə etdiyini bildiriblər.

7News.Az