RU
Ərdoğan hökumət rəsmiləri ilə şəhidin evinə gedib
10:00
109

Ərdoğan hökumət rəsmiləri ilə şəhidin evinə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Pence Kilit” əməliyyatı bölgəsində şəhid olmuş Ömür Ərtoğrul Sarının ailəsini ziyarət edib.

Bu barədə 7NEWS.Az "Anadolu”ya istinadən xəbər verir.

Qeyd edilir ki, ötən gün Kocaelidə bir sıra tədbirlərə qatılan Prezident orta məktəbin açılışından sonra şəhid Sarının ata evini ziyarət edib.

Ölkə rəhbəri Ömür Ərtoğrul Sarının ailəsi ilə görüşüb, şəhid üçün dua edib.

Səfərdə dövlət başçısını vitse-prezident Fuat Oktay və daxili işlər naziri Süleyman Soylu müşayiət edib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ