Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti toplanıb.
7NEWS.Az TRT-yə istinadən xəbər verir ki, iclasın əsas gündəliyi iqtisadiyyat olacaq.
Bildirilir ki, məzənnədəki dalğalanmanın bazara təsiri müzakirə olunacaq.
2022-ci ildə dövlət işçilərinin və təqaüdçülərin maaşlarının tənzimlənməsi ilə bağlı qiymətləndirmə aparılacaq.
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasında İstanbulda keçirilən Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi çərçivəsindəki təmaslarını dəyərləndirəcək.
Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra "Millətə müraciət” çıxışı edəcəyi gözlənilir.
7NEWS.Az








