RU
Ərdoğan: Putin əsirlərdən birinin adı üzərində xüsusi durmuşdu
18:20
120

Ərdoğan: Putin əsirlərdən birinin adı üzərində xüsusi durmuşdu

Rusiya-Ukrayna müharibəsində Türkiyə üçün prioritet "taxıl dəhlizi” məsələsi və əsir mübadiləsi idi.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, dəhliz vasitəsilə artıq 4 milyon tondan çox taxıl daşınıb.

"Təbii ki, hazırda mühüm addımlarımızdan biri Rusiyadan gələcək taxıldır. Ən vacibi gübrə transferi məsələsidir. Biz buna başlayan kimi onları yoxsul ölkələrə göndərəcəyik”, - Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, əsir mübadiləsində 200 ad ətrafında qərar verilib: "Bu 200 nəfər bizdədir. Bunlar bizim qonaqlarımızdır, Putin onlardan birinin adı üzərində (Viktor Medvedçuk) xüsusi durmuşdu. Onu artıq Rusiyaya göndərdik”./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ